Ön cəbhə xəttində “Təhsil və mətbuat ” müzakirəsi açıldı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Təhsil və mətbuat” mövzusunda konfrans keçirilib. Tədbir 25 iyun 2010-cu il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsindəki Mədəniyyət Evində baş tutub.

Konfransı giriş sözü ilə Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov açıb. Təhsil naziri Misir Mərdanov prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncamı medianın cəmiyyətdəki yeri və roluna qiymətin KİV-ə dövlət dəstəyinin növbəti bariz nümunəsi kimi xarakterizə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə təhsililə bağlı məlumatların ictimaiyyətə dəqiq obyektiv və qərəzsiz çatdırılmasının vacibliyindən söhbət açıb. Bu kimi məsələlərə Təhsil Nazirliyinin hər zaman böyük diqqət yetirdiyini deyən Ə.Amaşov diqqəti hər iki qurumun təhsil sahəsindəki maarifləndirməni və jurnalistlərin ixtisaslaşmalarını nəzərdə tutan birgə fəaliyyətinə yönəldib. Şura sədri həmçinin ölkə mediasının başlıca problemlərindən olan “reket jurnalistika”nın təhsil sisteminə də mənfi təsir göstərdiyini deyib belə xoşagəlməz durumun aradan qalxmasında birgə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini önə çəkib.Mətbuat Şurası İdarə Heyətinin üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkədə media və təhsil müəssisələri arasındakı əlaqələrin mövcud durumundan bəhs edərkən bildirib ki bu sahədə nəzərəçarpacaq irəliləyişlər mövcuddur və görülən əməli işlər prosesi daim gücləndirməkdədir.

Mətbuat və təhsilin bir-birini tamamlayan vahid sistem təşkil etdiyini deyən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu hər iki sahə arasındakı münasibətlərin səviyyəsinin bütövlükdə cəmiyyətin həyatına təsir göstərdiyini bildirib.

Çıxış edənlərdən İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli Mətbuat Şurasının İdarə Heyətinin üzvləri – “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid millət vəkili Aqil Abbas digər KİV rəhbərlərindən – “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təhsil işçilərindən Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova Füzuli rayon Təhsil Şöbəsinin müdiri Hafiz Tahirov və başqaları media və təhsil arasındakı əlaqələrin əhəmiyyətini qabardaraq konfransda müzakirə edilən mövzunun problematik cəhətlərinə dair məsələlərdən söhbət açıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO