Mustafa Çəmənli Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab yazıb

Mustafa Çəmənli Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitab yazıbTanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən sənədli povesti işıq üzü görüb. Povestdə müəllif qəhrəmanın iyirmi iki illik ömür yolundan bəhs edib, onun daxili aləmini, həyəcanlarını, mənəvi dünyasında baş verən təbəddülatı, onu daim narahat edən, intiqama səsləyən səbəbləri bədii vasitələrlə göstərməyə çalışıb. Kitabda Mübarizin məktəb illəri, yeniyetməlik xatirələri, ailəsi haqqında məlumatlar və qəhrəmanın fotoları əks olunub. Qeyd edək ki, Mustafa Çəmənlinin “Mübariz” adlı kitabının təqdimat mərasimi sentiyabrın 18-də Mübariz İbrahimovun doğma kəndində, onun ata ocağında keçiriləcək. …

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO