Musavatçılar yeni qəzet yaradıb

Mayın 16-da köşklərə yeni qəzet çıxarılacaq – “Demokratik Müsavat”. Qəzetin təsisçisi Müsavat Partiyasının üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasdır.

T.Abbas “Media forum”a deyib ki, “Demokratik Müsavat”a Müsavat Partiyasının üzvü Səxavət Əlisoy baş redaktorluq edəcək. Qəzetin redaksiyası Bakıda, “Azərbaycan” nəşriyyatında yerləşir.

Təsisçi bazar günləri çıxacaq yeni nəşrin kursundan danışıb: “Qəzet Məmmədəmin Rəsulzadə və onun silahdaşlarının mövqeyində dayanacaq. Əsas məqsədimiz müsavatçılığın mahiyyəti, onun təməl prinsipləri haqqında bilgiləri çatdırmaqdır. Cəmiyyətdə bu barədə kifayət qədər məlumat yoxdur. Bəzi adamlar elə başa düşürlər ki, müsavatçıların əsas məqsədi hakimiyyətə gəlməkdir. Ancaq belə deyil, biz həm də hakimiyyətdəkiləri bu ideologiyaya cəlb etmək istəyirik”.

T.Abbas “Demokratik Müsavat”da müxtəlif mövzuların yer alacağını və təhlillərə geniş yer veriləcəyini bildirib.

Qəzetin təsisçisi bir sıra köşə yazarlarının nəşrlə əməkdaşlıq edəcəyini bildirib: “Vurğun Əyyub, İbrahim İbrahimli, Sülləddin Əkbər, Qabil Hüseynli və başqa müsavatçılar qəzetimizdə yazılarla çıxış edəcəklər. Gənclərdən Ruslan Xəlil, Elçin Məmmədli və digərlərinin qəzetimizlə əməkdaşlığı nəzərdə tutulub”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO