“Multimedia” Mərkəzi Azərbaycan dilində veb texnologiyalara aid kitab nəşr edəcək

“Multimedia” Mərkəzi yaxın bir ay ərzində veb texnologiyalara aid yeni kitab üzərində işi başa çatdıracaq.

“APA-ECONOMICS”in məlumatına görə, kitabın hazırlanmasında fizika-riyaziyyat üzrə elmi işçilər, proqramçılar və terminlər üzrə mütəxəssislər iştirak edir.

“Multimedia” Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, bu günədək mərkəz informasiya texnologiyaları və digər sahələr üzrə elmi işçilərin köməyi ilə informasiya texnologiyalarına aid 6 kitab nəşr edib və gələcəkdə də bu istiqamətdə işi davam etmək niyyətindədir.

Ekspertlərin sözlərinə görə, hazırda ölkədə Azərbaycan dilində informasiya texnologiyalarına və digər elmlərə aid xüsusi ədəbiyyat çox azdır, bəzi hallarda isə yox dərəcəsindədir. Bu da yeni kadrların hazırlanmasında böyük problemlər yaradır.

Eyni zamanda mütəxəssislərin rəyinə görə, yeni kitabların nəşri ilə yanaşı, mövcud olan rus, türk və digər dillərdə olar texniki ədəbiyyatın Azərbaycan dilinin stilistikasına, yerli tələbələrin və şagirdlərin psixologiyasına uyğun şəkildə tərcümə olunub təqdim edilməsi də zəruri məsələlərdən biridir.

Elmi işçilərin fikrincə, bu sahədə tələb olunan maliyyə dəstəyi çatışmazlığından, proses ləng gedir ki, bu da təhsil və kadrların hazırlanması prosesinə öz mənfi təsirini göstərir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO