Müdafiə Nazirliyi: Aralarında olan atışma nəticəsində erməni hərbi qulluqçuları ölüb

Müdafiə Nazirliyi: Aralarında olan atışma nəticəsində erməni hərbi qulluqçuları ölübErmənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bəyan edir ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə “diversantlar” görsənir: “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb”.

Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib.

Qeyd edək ki, erməni KİV-lərinin yaydığı məlumata görə, guya Azərbaycan Ordusunun 20-25 nəfərdən ibarət xüsusi təyinatlıları ötən gecə saat 1:40 radələrində gecə cəbhə xəttində erməni mövqelərinə hücum edib. Lakin Azərbaycan hərbçiləri itki verərək geri çəkilməyə məcbur ediliblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO