Mübariz Əhmədoğlu: Ermənistanın müstəqilliyini elan etməsinin tarixi şüurlu olaraq saxtalaşdırılır

Mübariz Əhmədoğlu: Ermənistanın müstəqilliyini elan etməsinin tarixi şüurlu olaraq saxtalaşdırılırErmənistan 25 il bundan qabaq, 1990-cı il avqustun 23-də Müstəqillik haqqında bəyannamə qəbul edir. 1991-ci ilin sentyabrın 21-də isə bu bəyannamə əsasında referendum keçirir. Ermənistan öz müstəqilliyini Pribaltika dövlətləri ilə eyni vaxtda elan etdi. ABŞ-ön ssenarisi məhz belə idi. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanın müstəqillik referendumundan bir ay sonra yalnız Müstəqillik haqqında bəyannamə qəbul etdi. Ermənistanın başladığı Dağlıq Qarabağ problemi Azərbaycan üçün digər məsələləri aktual etmişdi.

Qısa xronologiya:
I. 1987-ci ilin dekabr ayı;

Ermənistan SSR-in ərazisindən azərbaycanlılar kütləvi sürətdə qovulurlar. Qovulmuş azərbaycanlıların sayı təxminən 230 min nəfərdir.

II.1988-ci il;

Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul edir.

Fevralın 22-də Əsgəran rayonunda ermənilər dinc mitinq keçirən iki azərbaycanlını öldürürlər. Bununla da Dağlıq Qarabağ münaqişəsi regionunda ermənilər ilk qanı tökdülər.

III. 1989-cu il;

16 iyunda Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin müraciətinə müsbət cavab verir: Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə birləşməsi barədə qərar verir.

IV. 1990-cı il;

23 avqustda Ermənistan müstəqillik haqqında bəyannamə qəbul edir.

IV. 1991-ci il;

Martın 17-də SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilir. Azərbaycan SSR-in əhalisi böyük səs çoxluğu ilə SSRİ-nin tərkibində qalmağa səs verir.

Ermənistan 1991-ci il 17 mart referendumunu boykot etdi.

Avqust putçu

Sentyabrın 21-də Ermənistan SSRİ-nin tərkibindən çıxmaqla bağlı referendum keçirir.

Oktyabrın 18-də Azərbaycan müstəqillik haqqında bəyannamə qəbul etdi.

Politoloq deyib ki, bu xronologiya erməni mənbələrindən götürülüb. Səcdəgahı ermənilər olan S.Tarasov, M.Kolerov,V.Kazimirov, S.Markedonov, A.Dubnov, A.Dugin, l.Reşetnikov, K.Zatulin, Y.Amelina, M.Aleksandrov, A.Areşov kimilər bundan fərqli xronologiya bilirlərsə, buyurub təqdim edə bilərlər: “Onlar bu xronologiyanı saxtalaşdırmaqla, Ermənistanın Azərbaycandan əvvəl müstəqilliyini elan etməsini gizlətməklə Azərbaycandan daha çox Rusiyaya ziyan vururlar. Yeri gəlmişkən sovet ordusunu da öz ərazisindən ilk qovmağa başlayan da Ermənistan SSR olub.

Məşhur ermənipərəst illüzionistləriin saxtalaşdırmaq istədiyi parametrlərdən biri də “Dağlıq Qarabağın “müstəqilliyi”” tarixidir. Guya 1991-ci il avqust qiyamından sonra Azərbaycan müstəqilliyini elan edib və buna görə Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibindən ayrı hesab ediliblər. Yuxarıdakı xronologiya həm də bu tezisi ifşa edir.

Ermənilərin və səcdəgahı ermənilər olan rusların SSRİ-nin son illərində Ermənistanın tutduğu mövqeni tarixi baxımdan saxtalaşdırması dəfələrlə baş verib. Məqsəd emənilərin ruslara xəyanətini gizlətməkdir. Amma prezident S.Sərkisyan SSRİ-nin dağılmasında ermənilərin iştirakını şəxsən etiraf etdi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO