MTRŞ-dan “Talış radiosu”na təkzib

Şuşada ermənilər tərəfindən “Talışıstanın səsi” radiosunun açılması bu istiqamətdə daha ciddin addımların atılmasına səbəb olub. Modern.az-ın məlumatına görə, Azəri-Talış İctimai Birliyi tərəfindən “Talış radiosu”nun açılması ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edilib.
MTRŞ aparatının rəhbəri Toğrul Məmmədov Modern.az saytına açıqlamasında faktı təsdiqləməyib. “Şuraya “Talış radiosu”nun açılması ilə bağlı müraciət edilməyib. Ümumiyyətlə son günlər hər hansı radionun açılması ilə bağlı bizə müraciət daxil olmayıb”, – deyə T. Məmmədov vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO