MTRŞ “Space” telekanalı ilə bağlı qərar verdi

Modern.az xəbər verir ki, mayın 7-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.8-ci bəndini rəhbər tutaraq “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

İclasda həmçinin “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Milli Televiziya və Radio Şurasının 22 dekabr 2011-ci il tarixli qərarının tələblərini pozması faktı üzrə başlanmış inzibati icraat üzrə işə də baxılıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq “Space” Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Televiziya və Radio Şurasının qərarına əsasən inzibati məsuliyyətdən azad edilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO