MTRŞ-nin səlahiyyətləri artırıldı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “İctimai Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Fərmanda o da qeyd olunur ki, Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi Milli Televiziya və Radio Şurası tərəfindən müəyyən edilməlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO