MTRŞ-da aparıcılarla bağlı kurs keçiriləcək

“Milli efirdə Azərbaycan dilinin hakim olması barədə məqsədimizə ümumilikdə nail olmuşuq.

Ancaq buna baxmayaraq, bəzən, məsələn, maarifçilik, ictimai xarakterli tədbirlərdə və s. digər verilişlərdə türk və rus dillərindən də istifadə olunur. Bu da təbii qarşılanır. Çünki əhalinin böyük əksəriyyəti həm rus, həm də türk dilini bilir. Hazırda bununla bağlı ciddi problem yoxdur”. Lent.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Raio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Bununla yanaşı, N.Məhərrəmli televiziya və radiolarda Azərbaycan dilinin səlisliyi, düzgünlüyü, tələffüzü ilə bağlı problemlər var: “Bu, ləhcə məsələsinə də aiddir. Təəssüf ki, hələ də dilin səlisliyilə bağlı çoxlu həll olunmamış məsələ var. MTRŞ-də aparıcılarla bağlı kurs keçiriləcək. Həmin vaxt bu məsələlər müzakirə olunacaq”.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO