MTN-də saxlanılan jurnalist bəyanat verdi

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov istintaqa ifadə verməkdən imtina edib. Modern.az-ın xəbərinə görə, bu barədə dövlətə xəyanətdə şübhəli bilinən jurnalistin vəkili Fuad Ağayev bildirib.

Vəkil jurnalistin bəyanatla çıxış etdiyini vurğulayaraq, onun mətnini təqdim edib.

Rauf Mirqədirovun qısa bəyanatında deyilir:

“25 ilə yaxın jurnalist fəaliyyətim ilə həmişə Azərbaycanın milli maraqlarına xidmət etmişəm. Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan – Ermənistan münaqişəsinə yanaşmalarda iqtidar – müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağımı hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günah hesab edirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO