Mətbuat Şurasının müsabiqəsi davam edir

Mətbuat Şurası və “Xocalı soyqırımını Tanıtma” İctimai Birliyinin “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı mövzunun mediada daha peşəkar işıqlandırılması məqsədilə jurnalistlər arasında keçirdiyi müsabiqəyə sənədlərin qəbulu 2010-cu il fevralın 10-dək aparılacaq. Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib.
Bu ilin sentyabrından elan edilən müsabiqəyə gələn ilin fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formada təqdim olunmalıdır.
Qaliblərə mükafatlar 2010-cu il fevralın 24-də Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacaq.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
Birinci yer-1 nəfər-1000 AZN
İkinci yer-2 nəfər- 650 AZN
Üçüncü yer-3 nəfər- 300 AZN
5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaq.
Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq. Bu KİV-in adı münsiflər heyətinin layihə üzrə işçi qrupunun apardığı monitorinq zamanı əldə etdiyi materialların dəyərləndirilməsindən sonra müəyyənləşəcək. Qalib yazıların ingilis dilinə tərcümə edilərək, müxtəlif KİV-lərdə dərci, informasiya portallarında yerləşdirilməsi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO