Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

Oktyabrın 28-də Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib.

«Azərbaycan gəncləri» qəzetinin 90 illik yubileyinə həsr olunan tədbirdə ölkədəki uşaq və gənclər mətbuatının mövcud durumu barədə söhbət açılacaq, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin problemləri və yaradıcılıq xüsusiyyətləri ətrafında diskussiyalar aparılacaq. Toplantıda ekspert və mütəxəssislərin, KİV redaktorlarının və jurnalist təşkilatı təmsilçilərinin iştirakı nəzərdə tutulur.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO