Mətbuat Şurasında latviyalı ekspertlərlə görüş keçirilib

Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonaqlara qurumun fəaliyyət istiqamətləri, düzənlədiyi tədbirlər barədə ətraflı məlumat verib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında fondun fəaliyyətdə olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlər haqqında danışıb. Qurumun Müşahidə Şurasının sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu nitqində Azərbaycanda dövlət dəstəyinin konkret istiqamətləri barədə məlumat verib.
Lize Lentane bildirib ki, səfər Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsinin 5 əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa qonşuluq siyasəti” planı çərçivəsində həyata keçirilir. O vurğulayıb ki, «Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdasinə dəstək» adlı həmin layihənin gerçəkləşdirilməsi Latviyanın xüsusi istintaq idarəsinə həvalə edilib. Bu məqsədlə Azərbaycanın hüquqi mövzuda yazan jurnalistləri ilə görüş keçiriləcək, qarşılıqlı əməkdaşlığın digər aspektləri müəyyənləşdiriləcək.

Görüşdə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Vüqar Əliyevin və idarənin böyük prokuroru Elnur Musayev də iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO