Mətbuat Şurasında «Həqiqətə xidmətlərinə görə» mükafatın təqdimatı olub

Azərbaycan Mətbuat Şurasının (AMŞ) və Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin birgə təsis etdikləri «Həqiqətə xidmətlərinə görə» mükafatının növbəti təqdimatı olub.

AMŞ-dən SalamNews-a verilən məlumata görə, müəllifi olduğu «Yol romanı»nda türk dünyası ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına görə «Ədalət» qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay mükafatın sayca beşinci laureatı elan edilib.

MŞ-nin sədri Əflatun Amaşov və Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı mükafata layiq görülən əsəri yüksək dəyərləndirərək bildiriblər ki, «Yol romanı»nda yaradıcı şəxs üçün zəruri olan bütün keyfiyyətlər, dəyərlər cəmləşdirilib. Digər çıxışçılar da əsər haqqında müsbət rəylərini ifadə ediblər.

Sonda çıxış edən İ.Tuncay mərasim iştirakçılarının hər birinə təşəkkürünü bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO