Mətbuat Şurasına cəmi iki jurnalist müraciət edib

Saat 19.00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 2 məlumat daxil olub. Modern.az-a qurumdan daxil olan məlumata görə, “Turan” İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikasındakı müxbiri Məlahət Nəsibova və “Yeni Müsavat” qəzetinin muxtar respublikadakı müxbiri Həkimeldostu Mehdiyev peşə fəaliyyətlərini yerinə yetirmələrində maneələrlə üzləşdiklərini bildiriblər. Şura hər iki məsələnin araşdırılması üçün əlaqədar qurumlara müraciət edib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Cəlilabad rayonundakı seçki dairələrində, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 83 saylı Ağcabədi-Füzuli seçki dairəsində KİV təmsilçilərinə yaradılan şəraitlə tanış olub. Onlar həmin yerlərdə KİV-lər üçün zəruri şəraitin yaradıldığını bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO