Mətbuat Şurası və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə tədbir keçirəcək

Azərbaycan Mətbuat Şurası ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Dövlət qurumları ilə media təmsilçiləri arasında əməkdaşlığın möhkəmləndirilməsi proqramı” çərçivəsində birgə görüş keçirəcək. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Şuranın ofisində baş tutacaq tədbirdə penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin təmsilçiləri, həmçinin KİV redaktorları, MŞ İdarə Heyətinin üzvləri və jurnalistlər iştirak edəcəklər. Görüşdə eyni zamanda mətbuatla bu qurum arasında əməkdaşlığın inkişaf yolları müzakirə olunacaq, jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılacaq, qarşıya çıxan problemlərin birgə həll yolları müəyyənləşdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO