Mətbuat Şurası sorğuları cavablandırmayan dövlət qurumlarının “qara siyahısı”nı hazırlayır

Mətbuat Şurası dövlət qurumları və təşkilatlarının jurnalistlərin informasiya sorğularını cavablandırması vəziyyətinin öyrənilməsi ilə bağlı monitorinq aparır. Bu məlumatı Modern.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov verib.
Onun sözlərinə görə, məmurlar öz fəaliyyəti barədə mətbuata məlumat verməkdən çəkinir və nəticədə informasiya əldə etməklə bağlı ciddi problemlər ortaya çıxır: “Biz idarə və təşkilatların informasiya sorğularının cavablandırılmaması ilə bağlı monitorinq keçirirk. Jurnalistlərin sorğularını cavablandırmaqdan imtina edən bu qurumları müəyyənləşdirb siyahını elan edəcəyik”. Ə.Amaşov qeyd edib ki, monitorinq bitəndən sonra Mətbuat Şurası onun yekunları ilə bağlı geniş tədbir keçirəcək.
İnformasiya sorğusunun cavablandırılmaması halları ən çox bölgələrdə yayılıb və məmurlar KİV-lə münasibətlərdən çəkinirlər. Əflatun Amaşov bildirib ki, Azərbaycanda bölgə mətbuatının çöx ciddi problemləri var.
“Bu problemlər Mətbuat Şurasını narahat edir və qurum bu problemlərin həlli yolarını araşdırır. “KİV-ə dövlət Dəstəyi Konsepsiyasında” bölgə mətbuatının inkişafına diqqət öz əksini tapıb. Və sənəddə bölgə mətbuatının inkişafı əsas istiqamət kimi götürülür”-deyə Mətbuat Şurasının sədri bildirib.
Onun sözlərinə görə, bölgə mətbuatının maddi-texniki vəziyyətinin çətin vəziyyətdə olması jurnalist peşəkarlığını aşağı salan vacib problemdir. Mətbuat Şurasının sədri vurğulayıb ki, bölgələrdə mətbəələrin olmaması, KİV-lərin öz missiyalarını yerinə yetirməmələri və fəaliyyət zamanı reketçiliyə meyllənmələri bölgə mətbuatı ilə münasibətlərə mənfi təsir edir və bu məsələlər həllini tapmalıdır.

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO