Mətbuat Şurası qəzetlərin qüsurlarını tapıb

Sabah saat 12.00-da Azərbaycan Mətbuat Şurasında «Mediada dil faktoru» mövzusunda «dəyirmi masa» keçiriləcək. Tədbir MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycan mediasında dil xüsusiyyətləri» layihəsi çərçivəsində baş tutacaq.

Tədbirdə MŞ-nin sözügedən layihə çərçivəsində apardığı monitorinqin ilkin nəticələri açıqlanacaq, mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılacaq, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunacaq.

Qeyd edək ki, bu ilin mayından həyata keçirilən layihənin müddəti 4 aydır. Bu vaxt ərzində monitorinqlə yanaşı, mediada Azərbaycan ədəbi dilindən istifadənin vəziyyətinə dair daha bir «dəyirmi masa»nın və ümumrespublika konfransının təşkili nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO