Mətbuat Şurası “qara siyahı “da yer alan 5 qəzetlə bağlı yeni qərar verdi

Dünən Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və Şura tərkibində yaradılan “apelyasiya qrupu”nun birgə iclası keçirilib.

İclası açan komissiya və qrupun rəhbəri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki MŞ İdarə Heyətinin qərarına əsasən bu il fevralın 18-də yaradılan qrupun məqsədi adları Şuranın “qara siyahı”sında yer alan mətbu nəşrlərin siyahıdan çıxarılması ilə bağlı müraciətlərinə baxmaqdır. Onun sözlərinə görə indiyədək qrupa 20-dən çox məktub daxil olub. Həmin məktublardan 5-ə qədəri araşdırılıb.

“Qara siyahı”da yer alan mətbu vasitələrin oradan çıxarılmasının MŞ-nin “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimatı”nın tələblərinə uyğun şəkildə aparlımasının zəruriliyini vurğulayan “apelyasiya qrupu”nun üzvləri siyahıdakı KİV-lərin bu istiqamətdəki cəhdlərinin xüsusən də hazırkı fəaliyyətlərinin də nəzərə alınmasının vacibliyini önə çəkib. İclas iştirakçıları “Fakt” “Açıq fikir” “Həqiqət və reallıq” “Bizim lider” və “Qərb xəbərləri” qəzetlərilə əlaqədar toplanmış materialları bir daha nəzərdən keçirib. Qərara alınıb ki sözügedən KİV-lərlə bağlı araşdırmaların birinci mərhələsi yekunlaşdırıla bilər.

Yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunması məqsədəuyğun sayılıb. İclasda “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının son iki aydakı araşdırmaları ətrafında da müzakirələr aparılıb. Komissiya etik prinsiplərə sayğısızlıq və peşə fəaliyyətilə bir araya sığmayan hərəkətlərə yol verən daha 8 KİV barəsində təqdimatın İdarə Heyətinə verilməsi barədə rəy çıxarıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO