Mətbuat Şurası hər jurnalistə vahid press-kart vermir

Bir çox ölkələrdə jurnalistlərə müəyyən imtiyazlar verən sarı kart sistemi var. Yəni jurnalistlər bu kartdan bəhrələnməklə müxtəlif sahələrdə güzəştlər əldə edirlər. Azərbaycanda isə jurnalistlərə Mətbuat Şurası tərəfindən vahid press-kart verilsə də, həmin sənədi daşıyan qələm sahibləri hələki heç bir güzəştə malik deyilllər. Qeyd edək ki, Mətbuat Şurası bir neçə ildir jurnalistlərə vahid press-kart verir. İlk vaxtlar bu sənədi əldə etmək istəyən redaksiyalar çox olsa da, sonradan cəmiyyətdə vahid press-kart daşıyan jurnalistlərlə “reket jurnalistlər” arasında fərq qoyulmadığı görən qələm əhli Mətbuat Şurasına müraciətə həvəs göstərmədi. Bəs Mətbuat Şurasında nə düşünürlər, vahid press-kart bütün ciddi yazılı mətbuat orqanlarının əməkdaşlarına verilibmi?

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Modern.az saytına açıqlamasında bildirib ki, vahid press-kart sisteminin ləng aparılmasına səbəb redaksiyaların öz əməkdaşları ilə əmək müqavilələri bağlamadan işbirliyi qurmasındadır: “Vahid press-kart müvafiq təlimata əsasən bilavasitə əməkdaşları ilə müqaviləsi və vergi öhdəlikləri olan redaksiya əməkdaşlarına verilir. Belə mətbu orqanlarının sayı 100-ə yaxındır. İndiyə kimi 500-ə yaxın jurnalistə vahid press-kart vermişik. Hazırda da bununla bağlı bizə müraciətlər var”.

Uzun müddət junalistikada çalışan və fərdi qaydada müraciət edən jurnalistlərə gəlincə, R.Hüseynzadə onlara vahid-press kartın verilmədiyini deyib: “Fərdi qaydada bizə müraciət edənlər olub. Ancaq onlara vahid kart verilmir. Çünki həmin jurnalist jurnalistikadan kənarda etik prinsiplərə əməl etməyə bilər. Ona görə də jurnalistə cavabdeh ola bilən baş redaktor, yaxud redaksiya rəhbərliyi bütün bunlara görə məsuliyyət daşıyır. Bunun üçün baş redaktor bizə müraciət etdikdən sonra biz həmin redaksiyanın əməkdaşına vahid press-kart veririk”. Rəhim Hüseynzadə hazırda jurnalistlərə sarı kart verilməsi prosesinin davam etdirildiyini də qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO