Mətbuat Şurası dörd qəzetin də adını “qara siyahı “ya saldı

Azərbaycan Mətbuat Şurası (MŞ) dörd qəzetin adının “qara siyahı”ya salınması barədə qərar verib. Bu barədə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının çərşənbə axşamı keçirilən iclasında qərar çıxarılıb.

“İclasda prosedur qaydalar barədə ətraflı fikir mübadiləsi aparıldıqdan sonra MŞ İdarə Heyəti tərəfindən baxılması tövsiyə olunan müraciətlər araşdırılıb. Komissiya üzvləri on mətbu nəşr barədə toplanmış materialları müzakirə ediblər. Dörd qəzetin adının Mətbuat Şurasının “qara siyahısı”na salınması üçün MŞ İdarə Heyətinin müzakirəsinə müvafiq rəyin təqdim olunması məqsədəuyğun sayılıb”. Bu barədə Şuranın yaydığı məlumatda qeyd edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO