Mətbuat Şurası 7 qəzet və 1 jurnalı “reket” elan etməyə hazırlaşır

Bu gün Azərbaycan Mətbuat Şurasında «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan Milli.Az xəbər portalına daxil olan məlumata görə, komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ilin əvvəlindən MŞ-yə daxil olan şikayətlərdən baxılmaq üçün komissiyaya təqdim olunanların sayı 20-dən çoxdur. O, həmin şikayətlər əsasında toplanmış materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnalın “reket nəşr” elan olunaraq, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adlarının “qara siyahı”ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb.

Qeyd edək ki, Mətbuat Şurasına daxil olan şikayətlərin müvafiq qismi qurumun Katibliyi və Şikayətlər üzrə Komissiyasının tövsiyəsinə uyğun olaraq “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında nəzərdən keçirilir. Komissiya rəylər çıxarır, təkliflərini verir, həmin sənədlər son mərhələdə Şuranın İdarə Heyətində dəyərləndirilir. İdarə Heyəti prosedur qaydalara əsasən yekun qərarlar çıxarır.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO