Mətbuat günündə ən böyük tədbir “Gülüstan ” sarayında olacaq

Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar olaraq iyulun 1-dən start veriləcək tədbirlərin sonuncusu Bakıda keçiriləcək. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Modern.az-a deyib ki, tədbirlər ölkənin 8 regionunda keçiriləcək.
İyulun 22-də isə Bakıdakı “Gülüstan”sarayında böyük bir tədbirin keçirilməsi nəzərdə tutulur: “Böyük tədbir olacaq. Müxtəlif səfirliklərə, xarici təşkilatlara və digər qurumlara öz dəvətimzi göndəricəyik. Hələ ki, tədbirə çox zaman qalıdığına görə dəvətnamələri göndərməmişik”.
Jurnalistlərin mükafatlandırılması ilə bağlı təkliflərə gəlincə, Vüqaf Səfərli bildirib ki, müxtəlif qurumlar tərəfindən təkliflər Prezident Administrasiyasına göndəriləcək və daha sonra bu təkliflərə baxılacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO