Mərkəzi Elmi Kitabxanaya hansı yeni kitablar-daxil olub?

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Mərkəzi Elmi Kitabxanaya 2012-ci ildə yeni daxil olan kitablar” annotasiyalı biblioqrafik göstərici çapdan çıxıb. AMEA informasiya xidmətinin məlumatına görə, biblioqrafik göstəricidə kitabxanaya 2012-ci ilin birinci yarısında Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində yeni daxil olan kitablar haqqında məlumat verilib.
Yeni nəşrdə kitablar dillər üzrə, elm sahələri və daxildə əlifba sırası ilə qruplaşdırılıb, həmçinin kitabların qısa annotasiyası da öz əksini tapıb.
Kitabların qarşısında göstərilən şifrələr oxuculara kataloqa müraciət etmədən lazım olan ədəbiyyatı fərdi abonement, qiraət zalları və kitabxanalararası abonement vasitəsilə sifariş etmək imkanı yaradır.
AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi Şurasının qərarı ilə çap olunan biblioqrafik göstəricinin elmi redaktoru kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO