“Mərkəz ” qəzetinin sabiq baş redaktoru Türkiyə mediasında çalışacaq

Azərbaycanlı jurnalist Nigar Almanqızı media sahəsindəki faəliyyətini Türkiyədə davam etdirəcək. Nigar Almanqızı Modern.az saytına bildirib ki, o, qardaş ölkənin tanınmış media quruluşunda – “Türkiye Haber Ajansı”nda işə düzəlib və artıq orada çalışır.

“Hazırda “Türkiye Haber Ajansı”nda (THA – www.turkiyehaberajansi.com) beynəlxalq şöbədə yazar olaraq çalışıram, həm də köşə yazıları ilə çıxış edirəm. Əsasən Azərbaycanla bağlı xəbərlər verırəm, yəni məqsədım Azərbaycan reallıqlarını türk medıasında daha ətraflı ısıqlandırmaqdır”-deyə həmkarımız bildirib.

N.Almanqızı bu ilin yanvarından iyul ayınadək deputat Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin baş redaktoru vəzifəsində çalışırdı. O, iyulun əvvəlində bu nəşrdən istefa verib.

Nigar Almanqızı 14 ildir mətbuat sahəsində çalışır. O, əvvəllər “Millət”, “Ekspress”, “Hürriyyət”, “Yeni Müsavat” qəzetlərində müxbir işləyib. Daha sonra «Press Post» qəzetinin baş redaktoru olaraq çalışıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO