“Müqayisəli ədəbiyyat və ədəbiyyatlarda arxetiplər “


Oktyabrın 22-dən 23-dək Bakıda “Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər” mövzusunda IV beynəlxalq elmi konfrans və Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Türk dili və ədəbiyyatının tədrisi” I beynəlxalq simpozium reallaşacaq. Məlumat üçün bildirək ki, IV beynəlxalq elmi konfrans Bakı Slavyan Universiteti (BSU), I beynəlxalq simpozium isə BSU və Türkiyənin Qazi Universiteti tərəfindən təşkil olunacaq. Bu barədə Bakı Slavyan Universitetindən məlumat verilib. Beynəlxalq elmi konfransda Avstraliya, İtaliya, İsveç, Bolqarıstan, Çexiya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən olan alimlər, simpoziumda isə Qazi Universitetinin alim və mütəxəssisləri iştirak edəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO