“Mozalan “ın Mətbuat Şurasına qarşı iddiası

Bu gün Bakı şəhər 1 saylı Yerli İqtisaq Məhkəməsində “Mozalan” jurnalının Azərbaycan Mətbuat Şurasına qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən proses nəşrin Şuraya qarşı iddiasının təmin edilməməsi ilə yekunlaşıb.
Xatırladırıq ki, adı Şuranın “reket nəşr”lər üçün müəyyənləşdirdiyi “qara siyahı”da yer alan jurnalın rəhbərliyi bu ictimai qınaqla razılaşmayaraq MŞ-nin qərarının ləğvi, mənəvi ziyana görə qarşı tərəfin 100 min manat məbləğində cərimələnməsi üçün həmin məhkəməyə müraciət təqdim etmişdi.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO