Moskvada telejurnalist qətlə yetirilib

Moskvada telejurnalist qətlə yetirilib Rusiyanın “Ekspert” telekanalının xəbərlər proqramının 27 yaşlı aparıcısı Dmitri Okkert qətlə yetirilib.

“Media forum” saytı “İnterfaks” informasiya agentliyinə istinadla xəbər verir ki, jurnalistin meyiti iyunun 25-də səhər saatlarında Moskvadakı evində tapılıb. Jurnalistin bədənində çoxlu bıçaq yarası olub. Jurnalist öldürüldükdən sonra mənzilin qapısı açarla kilidlənib.

Qətlin motivi barədə hələ məlumat yoxdur. Fakt üzrə cinayət işinə başlanıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO