Moskvada Məryəm Axundovanın xatirəsi anılıb

Moskvada Məryəm Axundovanın xatirəsi yad edilib.

SalamNews-un xüsusi müxbirinin xəbərinə görə, ÜAK-da keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndələri, diasporunun üzvləri və jurnalistin yaxın dostları və iş yoldaşları iştirak ediblər.

M.Axundovanın oçerklərindən, müsahibələrindən bir sözlə məqalələrindən hazırlanmış kitab qonaqlara təqdim olunub. “Bir kəlmədə yalan yox”(“Ni slova Lji”), “Fredi Merkuri. Oğurlanmış həyat” adlandırılan kitablara münasibət bildirən və jurnalisti xatırlayan qonaqlar onun həqiqətən saf və dürüst bir jurnlaist olduğunu bildiriblər.

Məryəmin anası, Azərbaycan incəsənətinin əməkdar xadimi Alla Axundova deyib ki, onun musiqiyə məhəbbəti Alim Qasımovdan başlayıb.

Səfirliyin əməkdaşı Nigar Axundova çıxışında M.Axundovanın Azərbaycan və Rusiya mədəniyyətlərinin təsiri nəticəsində formaşaldığını söyləyib.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev isə Məryəm Axundovanın Azərbaycan jurnalistikasında böyük iz qoyduğunu xatırladıb: “Məryəm bütün yaratdığı əsərlərə enerjisini, ürəyini verirdi, onun yazdığı məqalələr incəsənət nümünəsidir.”

“Azərbaycan Konqressi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov dekabırın 2-də bu zalda Prezident İlham Əliyevlə videokörpünün təşkil olunduğunu xatırladıb və deyib ki, bu kitabda gclü diaspor təşkilatının varlığı hiss olunur.

Xatırladaq ki, M.Axundova Rusiyadakı Azərbaycan disporunun həyatında və inkişafında yaxından iştirak edib, “Azərbaycan Konqressi” və “Azerros” qazetlərində çalışıb.

– See more at: http://salamnews.org/az/news/read/105258#sthash.XVgZZ7WH.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO