Molla Nəsrəddinə heykəl qoyulub

Molla Nəsrəddinə heykəl qoyulubHollandiyada türk şifahi xalq ədəbiyyatının qəhrəmanı Molla Nəsrəddinə süd məhsulları fabrikinin həyətində heykəl ucaldılıb. O, göldə qatıq çalan formada təsvir edilib.
Hollandiya Mozaik Mədəniyyət və Sənət Vəqfinin rəhbəri Əli İhsan Ünal fabrikin sahibinin Molla Nəsrəddin heyranı olduğunu bildirib. Heykəl ziyarətçilər üçün açıq olacaq. Burada onun həyatı, lətifələri və s. ilə bağlı yazılar da yerləşdiriləcək.
Qeyd edək ki, 2005-ci ildən Hollandiyanın Rotterdam şəhərində ”Hollandiya Molla Nəsrəddin şənliyi” keçirilir. Bu il eyniadlı ənənəvi şənlik oktyabr ayında başlayacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO