Modern.az-ın 5 yaşı tamam oldu

Modern.az xəbər portalının 5 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 5 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb. 

Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. 

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq beş il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib. Saytımıza ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas verir. 
Sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, reportajlar müəllif yazılarının təqdimatını davam etdirəcək. 
Oxucularımız yeni projelərlə də tanış ola biləcəklər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO