“Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlı kitab

“Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlı kitabMoskvanın “Flinta” nəşriyyatında tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun elmi əməkdaşı Salavat İshakovun kitabı işıq üzü görüb. “Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu” adlanan kitab Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin ölümünün 55-ci ildönümünə həsr olunub. Kitabda Məmməd Əmin Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr olunmuş “Azərbaycan Respublikası” əsəri, əvvəllər elmi ictimaiyyətə məlum olmayan, 1920-30-cu illərdə Azərbaycan SSR-də və SSRİ-də daxili siyasi situasiyaya həsr olunmuş məqalələri, 30-cu illərin sonlarına kimi Parisdə nəşr olunan “Prometey” jurnalındakı yazıları, həmçinin məktubları öz əksini tapıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO