Məleykə Abbaszadə mətbuat konfransı keçirəcək

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) bu yaxınlarda 2010/2011-ci tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydalarını təsdiqləyib.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ictimaiyyətin diqqətində olan builki qəbul qaydaları artıq ”Abituriyent” jurnalının 1-ci sayında dərc olunub.
Fevralın 24-də TQDK sədri Məleykə Abbaszadənin iştirakı ilə 2010/2011-ci tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydalarına dair mətbuat konfransı keçiriləcək. Konfransda həmçinin ”Abituriyent” jurnalının 1-ci sayının təqdimatı da olacaq.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO