Mixail Leontyev ictimai-siyasi həftəlik buraxacaq

Televiziya aparıcısı Mixail Leontyev yeni “Odnako” adlı ictimai-siyasi jurnal buraxacaq.

Jurnalın təqdimat mərasimi bu ilin iyul ayına planlaşdırılır. Jurnalın nəşri isə sentyabrda başlayacaq. Leontyevin sözlərinə görə, yeni layihənin auditoriyası “dərk edilmiş dialoq” aparılması mümkün olan insanlar olacaq. Jurnalistin fikrincə, ölkədə 100-150 belə insan var.

Onun sözlərinə görə, ölkədə “parıltıya, əyləncəyə tələbatı”azalan, “mənaya tələbatı” çoxalan auditoriya mövcuddur.

Yeni nəşrin heyəti isə əvvəllər Leontyevin başçılıq etdiyi “Profil” və “FAS” jurnallarında, eləcə də “Seqodnya” və “Nezavisimiya qazeta”da işləyən jurnalistlərdən ibarət olacaq. Jurnalın xərclərini isə Leontyevin adlarını çəkmək istəmədiyi şəxslər çəkəcək.

Dəqiqləşməyən məlumata görə, jurnalın büdcəsi 10 – 20 milyon dollar təşkil edəcək. Leontyev bu məlumatları şərh etməyib, amma qeyd edib ki, jurnalın potensial oxucularının səyi jurnalın alınmasına xidmət edəcək.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO