Misirin mMena aqentliyi ilə sıx əlaqələri olan Azərtac “Əl-Ehram ” qəzeti ilə əməkdaşlıq edəcəkdir

Misirin Yaxın Şərq Xəbərlər Agentliyi (MENA) və “Əl-Ehram” qəzetinin Azərbaycanda səfərdə olan əməkdaşları ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) görüş olmuşdur.
Görüşdə AzərTAc ilə MENA arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışılmış, 2007-ci il mayın 6-7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri çərçivəsində Qahirədə iki agentlik arasında imzalanmış sazişin əhəmiyyəti vurğulanmışdır.
Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən tərəflər, dövlət başçılarının dostluq münasibətlərinin bu məsələdə mühüm rol oynadığını söyləmişlər.
Misirin Qəlyubiyyə vilayətinin Qanatır şəhərindəki Azərbaycan-Misir dostluq parkı və xalqımızın ümummilli lideri Heydər Əliyevin bu parkda ucaldılmış abidəsi, eyni zamanda, respublikamızın Xırdalan şəhərində Hüsnü Mübarək bağının salınması və abidəsinin qoyulması ölkələrimiz arasında münasibətlərin hazırki vəziyyətinə bariz nümunədir.
Tərəflər ölkələrimizin və agentliklərimizin tarixi, keçdiyi inkişaf yolu barədə məlumat vermiş, informasiya mübadiləsinin intensivləşdirilməsi ilə bağlı azru və təkliflərini bildirmişlər.
“Əl-Ehram” qəzetinin nümayəndəsi AzərTAc ilə əlaqələrin qurulmasına və informasiya mübadiləsinin təşviqinə dair təkliflə çıxış etmişdir. Təklif yüksək qiymətləndirilmişdir. AzərTAc bundan sonra Misirin ümummilli qəzeti “Əl-Ehram” ilə də sıx əməkdaşlıq edəcəkdir.

(AzərTAc).

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO