Misirdə fransalı jurnalistlər saxlanılıb

Çərşənbə günü Misir hakimiyyəti ölkədə baş verən özbaşnalıqları işıqlandıran “France 24” (Fransa) telekanalının üç jurnalistini saxlayıb.

Həbs hərbi kəşfiyyat orqanları tərəfindən həyata keçirilib.

Jurnalistlərdən biri Qahirədə toqquşma zamanı yaralanıb. Jurnalistlərin saxlanmasının səbəbləri açıqlanmır. Bu haqda SalamNews “RİA Novosti”yə istinadən xəbər verib.

Qeyd edək ki, yanvarın 25-dən Misirdə siyasi və iqtisadi islahatların keçirilməsini tələb edən kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar həmçinin 30 il hakimiyyətdə olan Hüsnü Mübarəkin də istefasını tələb edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO