Misir yazichilari Azerbaycana gelecek

Azərbaycanda 30-a yaxın misirli tələbə magistr və doktorantura pilləsində təhsil alır. Bunu APA-ya açıqlamasında Misirin Azərbaycandakı səfiri Sabir Mənsur deyib. O bildirib ki, Misir hökuməti tələbələrin daha çox Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almasında maraqlıdır.

İki ölkə arasındakı mədəni əlaqələrə toxunan diplomat qarşılıqlı mədəniyyət günlərinin, film həftələrinin, konfransların, forumların keçirildiyini söyləyib. Səfir yaxın günlərdə 3 tanınmış Misir yazıçısının Azərbaycana gələcəyini və Azərbaycan universitetlərində ədəbi seminarlar keçirəcəklərini açıqlayıb.

Qeyd edək ki, Misirdə təxminən 200-250 azərbaycanlı tələbə təhsil alır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO