Mirzə Ələkbər Sabir: milli, yoxsa beynəlmiləlçi şair

Mirzə Ələkbər Sabir: milli, yoxsa beynəlmiləlçi şairAMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent

1905-ci ilə qədər daha çox dini, müəyyən qədər milli ruhlu şeirlər yazan Mirzə Ələkbər Sabirin birdən-birə «beynəlmiləlçi» şairə çevrilməsi təsadüfi ola bilməzdi. Şübhəsiz, Sabirin «beynəlmiləlçi» şairə çevrilməsində Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalının az əməyi olmamışdır. Bizcə, C.Məmmədquluzadə və onun «Molla Nəsrəddin» jurnalı Sabirin milli ruhlu üsyankarlığını «beynəlmiləl» ruha çevrilməsində müəyyən pay sahibi olmuşdur.

Bu mənada Sabir «yırtıcı heyvan», «xortdan», «cin», «xarici mülkündə də hətta gəzib, çox tühaf insan» görürəm qoruxmuram, «harda müsəlman görürəm qorxuram» dedikdə, İslam dinini deyil, onun adından çıxış edən yalançı ruhaniləri tənqid hədəfi götürsə də, ümumilikdə bu mülahizə toplumda birmənalı qarşılanmamışdır. Çünki bu sözlərdə ifrat dərəcədə müsəlmanları aşağılama var. Xüsusilə, bu aşağılamanın ümumiləşdirmə (müəslman) formasında öz əksini tapması çox düşündürücüdür. Hər halda, «müsəlman»ın yırtıcı heyvanla, xotdanla müqayisəsi və birincinin sonunucudan daha qorxulu olması şüurlarda müsbət reaksiya yarada bilməz.

Örnək üçün deyək ki, şairin şeirlərində fəhlənin və əkinçinin insanla, müsəlmanın yırtıcı heyvanla, xotdanla müqayisəsi arasında incə bir məqam var. Birinci halda, şair fəhləyə, əkinçiyə başa çalmağa çalışır ki, insan olması üçün onu istismara edənlərə qarşı mübarizə aparmalıdır. Bir sözlə, insan olmaq üçün fəhləyə bir yol göstərməyə çalışır və onu da («axmaq kişi» və s.) xeyli dərəcədə tənqid edir. Deyilə bilər ki, yırtıcı heyvanla, xotdanla müqayisəsində də müsəlmanın əsil müsəlman olması üçün Sabir onu tənqid etmişdir. Ancaq burada incə bir məqam var: «fəhlə», «əkinçi» və «müsəlman» fərqli anlayışlardır. Belə ki, fəhlə bir işçi kimi istismara məruz qalmış, istismarçılar tərəfindən haqqları əlindən alınmış və insani keyfiyyətlərdən məhrum olmuşdur. Sabir də fəhləyə demək istəyir ki, sən bir insansan və insanlıq haqqlarına sahib çıxmalısan. Digər tərəfdən, Sabirin tənqid etdiyi fəhlə ümumi bir anlayışdır. Yəni dini, milli kimliyindən asılı olmayaraq işləyən və istismara məruz qalanların hamısı fəhlədir. Burada milli və dini inanclara toxunulmur. Burada əsas məsələ fəhlənin insanlıq qürurunun tapdalanmasıdır ki, Sabir onları buna qarşı çıxmağı və haqqlarına nail olmaq üçün mübarizəyə səsləyir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO