Mingəçevir Telekommunikasiya Qovşağı “Tac kart” Pre-Pade sisteminə qoşulub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyi Mingəçevir Telekommunikasiya Qovşağını “Tac kart” Pre-Pade sisteminə qoşub.

RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «APA-ECONOMICS»ə bildirib ki, hazırda abunəçilər “Tac kart”ları qovşağın abunə şöbəsində əldə edə bilərlər, lakin sistemin bütün ölkə ərazisində tətbiqindən sonra onları poçt şöbələrindən də əldə etmək mümkün olacaq.

Sistemin imkanlarından kənd abunəçiləri “181” servis xidməti vasitəsilə istifadə edə bilərlər. Növbəti mərhələdə internet üzərindən SMS göndərilməsi də planlaşdırılır.

“Tac kart” sistemindən istifadə etmək üçün abunəçilərə 2, 4 və 10 manatlıq universal kartlar təqdim edilir. “Tac kart” sisteminin tətbiqi nəticəsində danışıq aparan abunəçilər ev telefonunun balansına hər zaman nəzarət edə bilir. Telefonun “0” kodunun açıq olub-olmadığı əhəmiyyətli deyil, abunəçinin şəhərlərarası telefon danışığına görə telefonu heç vaxt bağlanmır, abunəçinin danışıq haqqını ödəməsi üçün abunə şöbəsinə və ya poçt şöbəsinə getməsinə ehtiyac yoxdur. Danışıq qəbzinin emal edilməsi, qəbzlərin paylanması üçün poçt filialları ilə hesablaşmağa ehtiyac qalmayacaq, abunəçidən hər danışığına görə əvvəllər hesaba yazılan emal haqqı alınmayacaq. Yeni sistemin qovşaqlar üçün ən böyük üstünlüyü ŞAD haqlarının əvvəlcədən xəzinəyə mədaxil olunmasıdır.

Xatırladaq ki, bu sistem ilk dəfə Quba TKQ-də tətbiq edilib. Hazırda Sumqayıtda, Gəncə, Şəki, Şirvan və Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə şəbəkəsində tətbiq olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO