“Millətin Bəxtiyarı ” adlı anım gecəsi

"Millətin Bəxtiyarı" adlı anım gecəsiFevralın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilən “Millətin Bəxtiyarı” adlı anım gecəsi reallaşıb. Mərasimi giriş sözü ilə professor Nizaməddin Şəmsizadə açaraq Bəxtiyar Vahabzadənin XX əsrin görkəmli şəxsiyyətlərindən biri olduğunu bildirib. Tədbirdə AYB-in sədri, xalq yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, DAP-ın həmsədri Harun Tokak, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, xalq şairi Zəlimxan Yaqub, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə- Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin vətənpərvərliyindən bəhs ediblər. Qeyd edək ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Dialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatının Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO