Milli Televiziya və Radio Şurası elektron mediaya nəzarət etmək niyyətindədir?

Milli Televiziya və Radio Şurası elektron mediaya nəzarət etmək niyyətindədir?Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il aprelin 21-də (Nizami küçəsi 105) ?Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət? mövzusunda elmi-nəzəri konfrans təşkil etməyi nəzərdə tutur. Bu xəbər Turana MTRŞ-dan məlum olub.

Mənbə tədbirə Prezident Administrasiyası nümayəndələrinin, Milli Məclis üzvlərinin, jurnalist və QHT birliklərinin, KİV təmsilçilərinin qatılacaqlarını bildirir. Tədbirdə elektron medianın dövlət tərəfindən tənzimlənməsi, elektron mediaya ictimai nəzrətin zəruriliyi barədə məruzələr ediləcək və məruzələr ərtafında müzakirələr aparılacaq. /TURAN/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO