Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib

Aprelin 2-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin radio yayımı üçün, “Caspian İnternational Broadcasting Company” MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb.
Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib. Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə uyğun olaraq “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda iclasda Prezidentin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO