Milli Televiziya və Radio Şurası müsabiqə elan edib

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar müsabiqə elan edib.

SalamNews xəbər verir ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 17.4-cü maddəsinə uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına idman federasilayarı, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 (altı) illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış idman federasiyaları, dini konfessiyalar, yaradıcılıq təşkilatları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edib.

Göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi martın 12-dək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio şurasına təqdim olunmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO