Milli Qəhrəmanla bağlı müsabiqənin qalib jurnalistləri açıqlandı

Bu gün «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək və vətənpərvərlik mövzusunun geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirmək məqsədi ilə keçirdiyi müsabiqənin qalibləri açıqlanıb. Modern.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin qaliblərinin təltif edilməsinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə bildirilib ki, 2010-cu ilin sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu üç aydan artıq davam edib və dekabrın 31-də başa çatıb. Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub, onlardan 3-ü şərtlərə müvafiq olmadığı üçün müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin 3 qalibi müəyyənləşdirilib. (Birinci yer – 1000 manat, İkinci yer – 500 manat, Üçüncü yer – 300 manat). Bundan əlavə, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat da verilib.
Müsabiyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alan münsiflər heyəti hər biri 200 manat olmaqla 5 xüsusi mükafatın da verilməsini qərara alıblar.

Müsabiqədə ilk üç yer üzrə qalib gələn yazılar bunlardır:
Hafiz Mirzənin “Olaylar” qəzetində dərc olunan “Qeyrət” hekayəsi;
Zəkurə Quliyevanın “Qarabağ” qəzetində çıxan “Ermənilərə tarix dərsi” məqaləsi;
Valeh Məhərrəmlinin “Şərq” qəzetində dərc olunan “Hünər” poeması.

Xüsusi mükafat alanlar:
Oqtay Qorçu “Torpaq üstə, yarpaq üstə, göz üstə” hekayəsi (“Mediaforum” saytı);
İmdad Məmmədli “Qarabağ havaları” şeir (İctimai televiziya);
Mustafa Kəmərli “Mübariz” povesti;
Yusif Kərimov “Təmas xəttində məktublar” (“İki sahil” qəzeti) ;
Rahilə Elçin “Milli qəhrəmanın vətən qururu”.

Həvəsləndiri mükafat alanlar:
Nigar Vaqifqızı, “Soruşma vətən sənin üçün nə edib” məqaləsi (“Azadlıq” qəzeti);
Balayar Sadıq, “Hünər simfoniyası” poeması (“Paritet” qəzeti);
Fərid Hüseyn, “Müqəddəs adam haqqında yeddi tezis” məqaləsi (“kitabxana.net” saytı);
Rizvan Nəsiboğlu, “Təpədən dırnağa qədər Vətəndir, Vətən” şeiri (“Bütöv Azərbaycan” qəzeti);
Mirdamət Əziz, “Gedək Mübarizin arxasınca biz” şeiri (“Ədalət” qəzeti).

Fəxri fərman:
Aygül Rəhim, “Azadlıq” hekayəsi (Bakı məktəb liseyi).

Qeyd edək ki, münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət olub.
Sona Vəliyeva – “Kaspi” qəzetinin təsisçisi, şairə, filologiya elmləri namizədi;
Fikrət Qoça – xalq şairi;
Elçin Hüseynbəyli – “Ulduz” jurnalının baş redaktoru;
Yunus Oğuz – “Olaylar” qəzetinin baş redaktoru;
Fərqanə – şairə;
Mahirə Abdulla yazıçı;
Niyaz Niftiyev – “Azadinform” İA-nın baş redaktoru;
Natiq Məmmədli – “Kaspi” qəzetinin baş redaktoru.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO