“Milli qəhrəman ” statusu satan baş redaktor Tovuzda həbs olundu

Azərbaycanda nəşr olunan qəzetin baş redaktoru və təsisçisi həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumatda bildirilir ki, Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakini, 1969-cu il təvəllüdlü Əfəndiyev Ədalət Əhməd oğlu Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Tovuz rayonu Ağdam kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Elxan Qəzənfər oğlunun ona məxsus külli miqdarda pulu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Zaqatala RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Elxan Əliyev Tovuz rayon ərazisində tutularaq Zaqatalaya gətirilib. E.Əliyevin ətrafında aparılan istintaq əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, 2004-cü ildə Zaqatalaya gələrək rayonun Yuxarı Çardaqlar kənd sakini Ədalət Əfəndiyevlə tanış olub, özünü “Zəmanə və qanun” ictimai-siyasi hüquq qəzetinin təsisçisi və baş redaktoru kimi təqdim edib. Bu tanışlıqdan sonra Elxan Əliyev və Ədalət Əfəndiyev arasında yaxın dostluq münasibətləri başlayıb. Ədalət Əfəndiyevin Qarabağ döyüşlərində iştirak etdiyini və onun qardaşı Elşən Əfəndiyevin 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğunu öyrənən Elxan Əliyev bu faktdan istifadə etmək fikrinə düşüb. O, tamah məqsədilə Ədalət Əfəndiyevi inandırmağa çalışıb ki, Zaqatala və Bakıda yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri var və Zaqatalada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yaşayış binasında ona ev almağa, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan qardaşı Elşən Əfəndiyevə isə “Milli qəhrəman” statusu verilməsinə kömək edə bilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO