Milli Net-2010 müsabiqəsinə start verildi

Milli Net-2010 müsabiqəsinə start verildiBu gün Azərbaycan Media Mərkəzində Milli Net-Milli İnternet Müsabiqsəsinə start verilməsi ilə bağlı mətubat konfransı keçirilib. Azərbaycan İnternet Forumunun (AİF) təsisçisi olduğu müsabiqənin başlanması barədə məlumat verən təşkilat sədri Osman Gündüz bildirib ki, müsabiqənin keçirilməsində məqsəd ölkədə İnternet sektorunun inkişafına kömək etmək, Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək və ən yaxşı milli internet resurslarının təbliği aparmaqdır. Onun sözlərinə görə, bu keçiriləcək müsabiqənin qaydalarında müəyyən dəyişiklər edilib: «Ötən ildən fərqli olaraq, nominasiyaların sayı 11-dən 14-ə çatdırılıb. Eyni zamanda münsiflərin hər biri hansısa saytla bağlı verdiyi qiyməti əsaslandırmalıdır. Amma bu şərt ötən il yox idi. Eyni zamanda qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Qaydalara görə münsiflərə hər hansı aidiyyatı olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər heyətinin tərkibi yeniləşdirilib».
O.Gündüz əvvəlki müsabiqədə qalib gələn resursların növbəti 3 il müddətində bu resursu müsabiqəyə təqdim etmək imkanından uzaq olduğunu dilə gətirib. Onun sözlərinə görə, qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq və iddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər: «Xatırladım ki, müsabiqəyə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir. Ancaq bir halda xarici dildə olan saytın iştirakına icazə verilir ki, bu da Azərbaycanın tanıdılması və Qarabağla bağlı olduğu halda. Bu zaman münsiflər heyəti və təşkilat komitəsinin ümumi rəyi əsasında həmin sayt müsabiqəyə buraxılır».
AİF rəhbəri ötən il 583 saytın müsabiqədə iştirak etdiyini qeyd edib. O.Gündüzün fikrincə, bu il iştirak etmək istəyənlərin sayının artıq olacağı gözlənilir.

AVCIYA.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO