Milli Məclisin bir qrup deputatı SalamNews-a təbriklərini çatdırıb

SalamNews İnformasiya Agentliyi 3 yaşını qeyd edir. Bu münasibətlə Milli Məclisin bir qrup deputatı agentliyin kollektivinə təbrikini çatdırıb.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət Həsənova: “Üç il çox böyük zaman deyil. Amma kollektivin bu illər ərzində çox peşəkar fəaliyyəti olub. Belə bir misal var ki, uşaq yıxıla-yıxıla böyüyər. SalamNews da yeni yarandığına görə müəyyən çətinlikləri olub. Bu, normal haldır. Əsas odur ki, SalamNews İnformasiya Agentliyi bu illər ərzində özünə böyük auditoriya qazana bilib. Bizim fəaliyyətimiz jurnalistsiz mümükün deyil. Həmçinin jurnalistlərin də fəaliyyəti siyasətçilərsiz olmur. Bəzən elə mətbuat orqanları var ki, jurnalistlər bizə lap ciddi sual verəndə onu cavablandırmaq istəmirik. Fikirləşirsən ki, bunu kim oxuyacaq? Amma SalamNews bu illər ərzində özünə böyük auditoriya qazanıb və biz məmnuniyyətlə hər vaxtı sizlərə müsahbə verməyə hazırıq. Arzu edirəm ki, 30 illiyinizi qeyd edəsiniz və ilk Qarabağdan qələbə xəbəri sizin sayıtınız vasitəsi ilə yayılsın.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə: “SalamNews İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan internet məkanında özünə məxsus xəbərlərinə görə, böyük yer qazanıb. Eyni zamanda bu illər ərzində günü-gündən püxtələşən kollektiviniz ortaya uğurlu bir layihə qoyub. Sizin vaxtaşırı oxucunuz kimi, günü- gündən fəaliyyətiniz səmərəli olduğu qənaətindəyəm. Mən bir daha xoş arzularla SalamNews İnformasiya Agentliyinin işinə uğurlar arzulayıram. Çiçəklənən, qüdrətlənən müasir Azərbaycan uğurunda fəaliyyətinizdə öz yerinizin olmasını arzulayıram.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov: SalamNews İnformasiya Agentliyi xəbər sahəsində müsbət irəliləyişə nail olub. Görürəm ki, Azərbaycan həqiqətlərini ən çox nümayiş etdirən sayıtlardan biridir. Agentliyin kollektivini təbrik edirəm.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə: “Mən də sizin daimi izləyiciniz kimi, SalamNews İnformasiya Agentliyinin kollektivini təbrik edir və işinizdə uğurlar diləyirəm. SalamNews Azərbaycanin xəbər portaları içində özünəməxsusluğu ilə seçilən agentlikdir. Arzu edirəm ki, bu, davamlılı olsun.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev: “SalamNews İnformasiya Agentliyi üçün 3 yaş nə çox nə də az deyil. Agentlik Azərbaycanın xəbər portalları içində öz dəsti-xətti ilə seçilib. Müxətlif dillərdə, çevik şəkildə baş verən hadisələri yayımlamaqla Azərbaycan informasiya məkanında özünəməxsus bir yer qazanıb. Bu illər ərzində daha peşəkar kollektiviniz formalaşıb. Mən bu yaş münasibəti ilə SalamNews İnformasiya Agentliyinin kollektivini təbrik edirəm. Dünyada baş verən ən baş xəbərləri sizin agentliyiniz vasitəsi ilə yayımlanmağı arulayıram.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva: “Mən də SalamNews İnformasiya Agentliyinin kollektivini təbrik edir və işlərinzdə uğurlar arzulayıram. Sizin saytınızın oxucu sayının daha çox olmasını diləyirəm.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov: “SalamNews-un uzun ömürlü və davamlı olmasını, bundan sonra da xalqımızın, dövlətimizin mənafeyinə uyğun fəaliyyət göstərmənizi arzu edirəm. Azərbaycan həqiqətlərini dünya çatdırılmasında bu agentliyin böyük rolu var.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov: “SalamNews İnformasiya Agentliyinin kollektivini 3 yaş münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Əməkdaşlara cansağlığı, Azərbaycan xalqı naminə məsul fəaliyyətində uğurlar diləyirəm. Agentliyin işinin gələcəkdə də daha səmərəli olacağına, xəbərləri oxuculara real çatdıracağına ümidvaram.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO