Milli Məclisdən jurnalistlərə XƏBƏRDARLIQ

“Milli Məclisin yaz sessiyasında istər komitələrin iclaslarında, istərsə də plenar iclaslarda iştirak etmək üçün jurnalistlərin akkreditasiya məktubları parlamentin poçtuna daxil olmaqdadır”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Daxili nizamnaməyə əsasən, yanvarın 15-inin son gün olduğunu xatırladan A. Təvəkküloğlu bildirib ki, bu günə qədər onlara çoxlu məktub gəlib. “Bu günə qədər Milli Məclislə əməkdaşlıq etmək istəyən KİV-lərdən poçtumuza çoxlu məktublar daxil olub. Sabah son gündür və yalnız bundan sonra bizə daxil olan məktublar araşdırılacaq və kimlərin akkreditasiyadan keçdiyi müəyyənləşdiriləcək”, – deyə A. Təvəkküloğlu vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO