Milli Kitabxanada sərgi

Milli Kitabxanada sərgiMartın 31-də M.F.Axundov adına Milli Kitabxanada “31 mart Azərbaycanlıların Soyqırım Günüdür” və “Erməni terroru karikaturalarda” adlı kitab və plakat sərgilərinin açılışı olub. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, 31 Mart 1918-ci il soyqırımına ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə ilk dəfə siyasi qiymət verildiyini bildirib.
Daha sonra çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ermənilərin xalqımıza qarşı törətdikləri qanlı hadisələrdən danışıb, 31 mart qırğınının tariximizin ən qanlı səhifələrindən olduğunu qeyd edib. Tədbirə qatılanlar – Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli, Millət vəkilləri Havva Məmmədova, Tahir Rzayev, publisist Kərim Kərimli və başqaları əsrlər boyu ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, on minlərlə dinc əhalinin soyqırım siyasətinin qurbanlarına çevrilmələrindən və həmin soyqırım siyasətinin bu gün də davam etdirilməsindən söz açıblar.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 31 Mart Soyqırımına həsr olunmuş 200-dən artıq kitab, jurnal, qəzet və 40-dan çox plakat nümayiş etdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO